AzərTAc xəbər verir ki, ADSL vasitəsilə internet xidmətlərinin qiymətləri azalacaqdır. Həmin portun qoşulma haqqının 50 faiz enəcəyi planlaşdırılır. Bununla bağlı Tarif Şurasına bir sıra təkliflər təqdim olunmuşdur. Bu barədə rabitə və nformasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat vermişdir. Nazir müavini demişdir ki, Azərbaycanda Wi-Fi və Wi-Max xidmətləri geniş tətbiq edilir. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində özəl şirkətlərin müraciətlərinə əsasən, şirkətlərə, bu xidmətlərin, xüsusən də Wi-Max xidmətlərinin göstərilməsi üçün tezliklərin təqdim olunması imkanları müzakirə edilir. Hazırda əsasən Naxçıvan Muxtar Respublikasında simsiz internet xidmətlərinin istifadə olunması məsələsinə baxılır.