Haydelberq Universiteti Kitabxanasının müdiri olan Probst, verdiyi açıqlamada "Mona Lisa" adlı tabloda gülümsəyən qadının dəqiq olaraq Florensiyalı bir tacirin həyat yoldaşı olan Lisa del Gioconda olduğunu bildirdi. Vinçinin 1503-1506-cı illər arasında çəkdiyi və Parisdəki Luvr Muzeyində saxlanılan "Mona Lisa" tablosu, bu günə qədər "La Gioconda" adı ilə də tanınırdı. "Mona Lisa" tablosundakı qadının, bu günə qədər Vinçinin gizli bir sevgilisi olduğu ya da rəssamın şifrəli olaraq öz portretini yaratdığı şəklində spekulyasiyalar edilmişdi.Probstun bu mövzu haqqında elmi bir araşdırmasının tezliklə yayınlanacağı bildirildi.