Главная » 2009 » Yanvar » 4 » MOSKVADA AZƏRBAYCANLI QADIN 4 UŞAQ DÜNYAYA GƏTİRDİ
MOSKVADA AZƏRBAYCANLI QADIN 4 UŞAQ DÜNYAYA GƏTİRDİ
20:55
Moskva vilayətinin Lyubertsk rayon xəstəxanasında azərbaycanlı miqrantın həyat yoldaşı Dürdanə Səfərova birdən-birə 4 uşaq dünyaya gətirib. 35 yaşlı Səfərovanın ilk doğuşu olduğu üçün həkimlər Qeyser üsulundan istifadə ediblər. Uşaqlardan 3-cü oğlan, biri qızdır. “Komsomolskaya Pravda”nın yazdığına görə, düz-əməlli qeydiyyatları olmadığından Səfərovlar doğuş ərəfəsində əməlli-başlı problemlə üzləşiblər. Moskva şəhərindən bir neçə xəstəxanaya müraciət etsələr də, həkimlər Dürdanəni qəbul etməkdən çəkiniblər. “Çünki gələcək ananın nə düz-əməlli sənədi, nə də adi tibbi sığortası olmayıb. Əlacsız qalan ailə Moskva vilayətinin Lyubertsk rayonuna üz tutublar”. Uşaqlar isə özlərini yaxşı hiss edirlər. Onlardan ən kiçiyinin çəkisi 1,6, böyüyünkü isə 2,8 kq-dır.