Mənim Xilaskarım!
Düşməni sevməyi öyrədir bizə, Qonşunu sevməyi öyrədir bizə, Allahı sevməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Çıraqtək yanmağı öyrədir bizə, Nurda yeriməyi öyrədir bizə Yamanlıq edənə edib yaxşılıq Qələbə çalmağı öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Çətinə dözməyi öyrədir bizə, Təhəmmül etməyi öyrədir bizə, Bizi lənətləyən hər bir insanı Ürəkdən sevməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Xeyirxah olmağı öyrədir bizə, Səbirli olmağı öyrədir bizə, Həm qəmli, həm də şən günlərimizdə Şüktranlıq etməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Xilqəti sevməyi öyrədir bizə, Saflığı sevməyi öyrədir bizə, Vəsiyyət edibən hər birimizə Qardaşı sevməyi öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Ataya-anaya hörmət etməyi, Göyərçintək məsum olub həyatda Müqəddəs Kəlamla, Müqəddəs Sözlə Oturub-durmağı öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Qarşımızda gedən nurlu Mayaqsan, Hər an, hər dəqiqə bizə hayansan, Başımızın tacı, dərdin əlacı Əsrlər Soltanı mənim Allahım.
Kəlamın nemətdir, Kəlamın qüdrət Kəlamın ürəyə gücdür, qüvvədir Hər sözün bir inci, hər sözün həyat Həyat mehrabını öyrədir bizə Mənim Xilaskarım, mənim Allahım.
Ucasan, hamıdan ucasan, Rəbbim! Ucalıq sirrini öyrədir bizə Göylərin nemətin, göylərin varın Padşahlıq sirrin öyrədir bizə Mənim Xilaskarım mənim Allahım.
Fikirlərinizi bildirməyi unutmayin.
|